Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Mustafa Kamal Atatürkün doğum günüdür

featured

Mustafa Kamal Atatürkün doğum günüdür
Bu gün Türkiyə Respublikasının qurucusu, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türkiyə İstiqlaliyyət müharibəsinin öndəri Mustafa Kamal Atatürkün doğum günüdür.
O, 1881-ci ildə Osmanlı İmperiyasına məxsus Saloniki şəhərində dünyaya gəlib. 1902-ci ildə İstanbul Hərb Məktəbindən leytenant rütbəsi ilə məzun olub və Hərbi Akademiyada təhsilinə davam edib. 1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirib. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlayıb.
Birinci Dünya müharibəsində Osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala cəbhəsində polkovnik, daha sonra general ali rütbəsi alır, Suriya-Fələstin cəbhəsində isə İldırım Ordular qrupunun komandiri vəzifəsinə təyin edilir. Müharibənin sonunda Osmanlı imperiyasının məğlub olmasının ardınca İstiqlaliyyət müharibəsi — Türk Milli Hərəkatına liderlik və öndərlik edib. Türkiyə İstiqlaliyyət müharibəsi ərəfəsində Ankara Hökumətini qurdu, Türkiyə Ordusunun baş komandanı olaraq Sakarya döyüşündəki qələbəsinə görə 19 sentyabr 1921-ci ildə “Qazi” ləqəbini alıb və marşal rütbəsinə yüksəlib.
1920-ci aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından sonra Türkiyə Respublikasının qurulması yolunda əhəmiyyətli addımlar atıb. Müharibədən sonra Cümhuriyyət Xalq Partiyasını qurub və partiyanın ilk sədri olub. 1 noyabr 1922-ci ildə Osmanlı İmperiyasının mövcudluğuna son qoyulub. 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan edilib, Atatürk yekdilliklə ilk prezident seçilib. 1938-ci ildə ölənə qədər dörd hakimiyyət dövründə bu vəzifədə xidmət edərək Türkiyədə ən uzun müddət prezident olmuş şəxsdir.
Atatürk tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Soyad qanununa uyğun olaraq 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala “Atatürk” soyadı verilib.
Fransız və alman dillərini bilirdi.
10 noyabr 1938-ci ildə İstanbulda Dolmabaxça sarayında sirroz xəstəliyindən vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.
“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur” – bu sözləri Mustafa Kamal Atatürk 1921-ci ildə Azərbaycan SSR-in Türkiyədəki təmsilçisi İbrahim Əbilovun etibarnaməsini qəbul edərkən deyib.

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Mustafa Kamal Atatürkün doğum günüdür

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!