“Altın kelebey”in builki qaliblərindən narazı olanlardan biri də türkiyəli müğənni Murat Bozdur.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib. İfaçı “Ən yaxşı internet serial” nominasiyası üzrə özünün rol aldığı “Zeytin ağacı” serialının əvəzinə “Dünyayla benim aramda”nın birinci seçilməsinə narazılığını bildirb.
“Ekran işimizə ən mənalı mükafatı dünyanın hər bir yerindən bizi izləyənlər verib. Bunun üçün sizə təşəkkür edirik” deyə, Murat paylaşımında yazıb.
Sizinxeber.Az