featured

Molla rejimi Qarabağı VURMAQ ÜÇÜN silah tədarükünə BAŞLADI – Ermənilərə BÖYÜK PAY

İran tərəfindən Ermənistana bəzi silahların, raketlərin verilməsi çox təəssüfedici haldır. Bu da onu göstərir ki, İrandakı rejimi molla qiyafəsində, din, İslam, şiəlik pərdəsi altında gizlənsə də fars-şovinist rejimidir və öz erməni qan qardaşlarına daimi olaraq yardım etməkdən geri qalan deyil. Hətta molla-fars rejiminin özünün hazırda bir çıxış yolu olmasına baxmayaraq”.

Bunu  açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, İran əslində “İslam dövləti” kimi yox, anti-türk, anti-müsəlman dairələrin bir elementi kimi çıxış edir:

“Rejimin gizli dövlət sənədləri ələ keçirilib və ən Ali dini rəhbərin belə hazırki etirazı yatırmaq üçün bir yol xəritəsinin olmadığı üzə çıxıb. Hətta kömək üçün Rusiyaya müraciət etməyi düşünüblər. Düşünün, ölkədəki daxili etirazı yatırmaq üçün Rusiyaya müraciəti nəzərdən keçiriblər. Bununla bağlı keçmiş prezidentləri Mahmud Əhmədinejad açıq şəkildə deyib ki, “bu, biabırçılıqdır. Ruisya bizim şimal ərazilərimizi (Qafqazı-Azərbaycanı nəzərdə tutur) işğal edibdir. Biz onlardan indi necə təzədən daxili etirazları yatırmaq üçün kömək istəy bilərik?”.

Belə bir vəziyyətdə belə erməni qardaşlarına öz xislətlərini göstərib hərbi yardım məsələsində geri durmurlar və bu onlarda dövlət siyasəti halına gəlib. Molla-fars rejiminin ən güclü, ən gizli adamları, hansı ki, ictimaiyyətə ekspert və yaxud siyasi şərhçi kimi sığınan bu şəxslər açıq şəkildə etiraf edirlər ki, biz Ermənistanla hərbi ittifaq istəyirik.

Hətta deyirlər ki, biz Ermənistanı hərbi ittifaqa məcbur edə bilmərik, olmasa belə, biz bütün hərbi uğurlarımızı (Yeni silah-sursat, dronlar, raketlər) onlarla bölüşməyə hazırıq. Bu da rejimin xislətini açıq şəkildə göstərir. Vəziyyət deməyə əsas verir ki, əslində Azərbaycanla Türkiyənin birgə “Qardaş yumruğu” hərbi təlimlərinin düz hədəfə dəydiyindən xəbər verir.

Çünki İran iniyənə qədər həddini aşıb, iki dəfə Azərbaycanla sərhəddə, bir dəfə türkiyə ilə sərhəddində hərbi təlim keçirib. Bundan sonra cavab olaraq bir dəfə Azərbaycan keçən ay hərbi təlim keçdi o istiqamətdə. İndi isə Astarada, İmişlidə, Cəbrayılda – iran sərhəddində açıq şəkildə Azərbaycan Ordusu hərbi təlimlər keçirir, Araz çayı üzərindən adlanma (ponton köpülərlə) təlimləri həyata keçirir və açıq şəkildə molla rejiminə nümayiş etdirdi ki, lazım gələrsə, biz o rejimin başını əzə bilərik.

Türkiyə “F16″larının Bakıya gəlməsi və “yaddan çıxıb” burada qalması, Türkiyəyə qayıtmaması elə onu göstərir ki, lazım gəlsə biz molla-fars rejimini havadan da, qurudan da, elə Araz çayını keçməklə də cəzalandıra bilərik. Əlbəttə ki, biz müharibə istəyən tərəf deyilik, amma İran bütün varlığı ilə sübut edir ki, o əslində Qərbdəki İslam dünyasını, müsəlmanları, türkləri istəməyən qüvvələrin planının icraçısıdır.

Molla rejimi region üçün sadəcə layihədir. Təsəvvür edin ki, hazırda Ermənistana göndərilən silahların əksəriyyəti Fransa tərəfindən, Ermənistanın digər havadarları tərəfindən gah İran üzərindən, gah Hindistan üzərindən Ermənistana çatdırılır.

İran əslində burada həmin o xristian fundementalist Qərb dünyasının bir elementi kimi çıxış edir. Adını yalandan “İslam Rüspublikası” qoymasına baxmayaraq, elə Qərbin – Roma Papasının o Kotolik sistemi ilə mahiyyətinin nə qədər uyğun gəldiyini, əslində eyni sifarişləri yerinə yetirməsindən açıq şəkildə göstərir.

Əslində, burada bu rejimin qınanılası tərəfi yoxdur. Çünki İran molla-fars rejiminin mahiyyəti İslam dünyasına, Türk Dövlətlərinə zərbə vurmaq və Qərbdə xristian fundementalist dairələrə xidmət etməkdir. Biz bunu İran hakimiyyətinin Fransanın maraqlarına necə xidmət etdiyi prizmasından görürük. Özünün daxildəki etirazı yatırmaq imkanı olmadığı halda belə Fransanın sifarişlərini necə yerinə yetirdiyini görürük. Eyni şəkildə anti-türk, anti-müsəlman dairələri ilə paralel iş birliyinin də şahidiyik”.

Qeyd edək ki, İran molla-fars rejiminin İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri tərəfindən Ermənistana 500 ədəd  “Dehjlaviyeh” və 100 ədəd “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi hədiyyə edilib.

Sizinxeber.Az

Molla rejimi Qarabağı VURMAQ ÜÇÜN silah tədarükünə BAŞLADI – Ermənilərə BÖYÜK PAY

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!