"Məzunların yalnız 50 faizdən bir qədər çoxu iş tapa bilir" - Nazir

“Məzunların yalnız 50 faizdən bir qədər çoxu iş tapa bilir” – Nazir

“Təhsil sahəsində məzun olub işə qəbul olma faizi 50 faizdən bir az yuxarıdır. Təbii ki, yeni məzun olan gəncin iş tapması bir qədər zaman alır”.

Report.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ən böyük ehtiyaclardan biri tələbələrin təhsil aldığı müddətdə aidiyyəti təcrübə proqramlarına cəlb olunmasıdır: “Hər bir universitetin özünəməxsus işəgötürənlərlə iş strategiyası olmalıdır. Böyük ehtimal daha çox insan əmək bazarına daxil olur”.

E.Əmrullayev həmçinin bildirib ki, azad edilən ərazilərdəki yenidənqurma işləri yeni iş yerləri deməkdir: “Orada işləyəcək kadrların hazırlanması istiqamətində düşünməliyik. İndiki nəslin həyata baxışı əvvəlki nəsildən fərqlidir. Onlar başqa cür həyat tərzi axtarır”.

O, ali təhsil müəssisələrinin akkreditasiya meyarlarında karyera mərkəzləri ilə bağlı məsələlərin mövcud olduğunu söyləyib.

Nazir eyni zamanda əmək bazarı ilə bağlı elmi tədqiqatlara ehtiyacın olduğunu vurğulayıb.

Sizinxeber.Az

“Məzunların yalnız 50 faizdən bir qədər çoxu iş tapa bilir” – Nazir

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!