Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Metropolitendən yaranmış sıxlıqla bağlı AÇIQLAMA: Gecikmə 20 yox, 3 dəqiqlə olub -+ FOTO

Metropolitendən yaranmış sıxlıqla bağlı AÇIQLAMA: Gecikmə 20 yox, 3 dəqiqlə olub -+ FOTO
Metropolitendən yaranmış sıxlıqla bağlı AÇIQLAMA: Gecikmə 20 yox, 3 dəqiqlə olub -+ FOTO

“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “Gənclik” stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub. 
Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, maşinist qatara baxış keçirib, hər hansısa problem aşkarlanmayıb:
“Bununla belə sərnişinlərin hər hansısa narahatlıq keçirməməsi məqsədilə qatarın yolunu sərnişinsiz davam etdirməsi qərara alınıb. “Nizami” stansiyasında qatara təkrar baxış keçirilib. Lakin yenidən problem aşkarlanmasa da, onun müvəqqəti ehtiyat qatarla əvəzlənməsi qərara alınıb. Nəticədə, “Nizami-Dərnəgül” və əks istiqamətdə intervalda 3 dəqiqə fərq hiss olunub. Hadisənin vaqonlardan birinin qapısına müdaxilə ehtimalı ilə maşinistin qəfil tormozlaması nəticəsində baş verdiyi ehtimal olunur. Belə hallarda qatarın təkərlərinin qəliblərindən məhz spesifik tüstü təsirli qoxu hiss olunur. Dəqiq araşdırma aparılır”
19:37
Bakı metrosunda qatar depoya yola salınıb.
Oxu.Az xəbər verir ki, metronun “Nizami” stansiyasında 20 dəqiqədir ki, qatar yoxdur. 
Platformada qatar gözləyən sərnişinlər arasında sıxlıq yaranıb. “Dərnəgül” istiqamətinə gedən qatarın depoya göndərilməsinin səbəbi isə elan edilmədi.

Rövşən Əsədov

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Metropolitendən yaranmış sıxlıqla bağlı AÇIQLAMA: Gecikmə 20 yox, 3 dəqiqlə olub -+ FOTO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!