“Kiminləsə küsülü olmuşamsa, günah məndə olmayıb. Onlarla küsülü deyiləm, səhvim olub ki, yanlarında olmuşam”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Günaydın, Azərbaycan” proqramında deyib. Müğənni Mətanət Əsədova ilə arasında yaşanan qalmaqaldan danışıb. Aparıcı Xoşqədəm Hidayətqızının Mətanət Əsədova ilə bağlı sualına Elza əsəbiləşib:
“Mətanət Əsədova kimdir ki? Müğənnidir? Müğənni deyil. Səsi var, səsinin aşiqiyəm. Sənətinin üstünə düşməkdənsə, bədəninin üstə düşüb. Adam səsi montaj edər, oxuyar. Düzü, cavab verər ki, montaja ehtiyacı yoxdur. Qəşəng oxuyur. Mən onu sevmirəm. O, seviləsi adam deyil. Səsini sevirəm. Məsələn, bacımın diapazonu, lirikası, savadı, dünya görüşü var. Nə fayda? Haradadır? Narahat olmalıdır ki, Allah bu səsi verib, inkişaf etdirim. Adam səhvləri düzəldər. Mən Mətanətə dediklərimi, bacıma da deyirəm”.