Dünyaca məşhur “Metallica” rok qrupu Türkiyədəki zəlzələdə zərərçəkənlərə yardım edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qrup özlərinə məxsus “All Within My Hands” dərnəyi vasitəsi ilə zəlzələ bölgəsində fəaliyyət göstərən “Direct Relief” və “World Central Kitchena”a 250 min dollar ianə edib.
Qeyd edək ki, təbii fəlakət nəticəsində 35 418 nəfər həlak olub.
Sizinxeber.Az