featured

Mərhum sənətkarın oğlundan təsirli sözlər -Hər gün şəklinə baxıb ağlayiram

“Canim Ata!!!
Niyə məni tək qoydun??? Hər gün şəklinə baxıb ağlayiram. Dözə bilmirəm. Səninlə danisıb gülürdüm, Ata!!! Mən indi səsin ücün çox darıxıram…Niyə bizi tək qoydun! Onsuz da kövrək idim… Sənsizlikdən daha kövrək oldum… Kaş yanımda olaydın Ata!!!! Sənə ehtiyacım var. Ürəyim doludur Ata!!!
Sənlə danişmaq istəyirəm, sənin məsləhətlərinə, sözlərinə qulaq asmaq, eşitmək istəyirəm Ata!!!
Sən mənim dayağım idin Ata!!!

Sizinxeber.az xəbər verir ki, mərhum sənətkarın oğlu sosial şəbəkədə paylaşım edib.

Qeyd edək ki, incəsənət xadimi Oruc Qurbanov 23 dekabrda əbədi olaraq haqq dünyasına qovuşdu.Qurbanov Oruc İzzət oğlu 1949-cu ildə fəhlə ailəsində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda “Dram və kino aktyorluğu” ixtisası üzrə təhsil alıb. 1979-80-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva şəhərində görkəmli rejissor A.V.Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğu kursunu bitirib.
1974-79-cu illərdə Lənkəran Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət göstərib. Onlarla teatr, radio və televiziya tamaşalarına quruluşlar verib.

Ayrı-ayrı illərdə ölkənin dövlət teatrlarında baş rejissor vəzifələrində çalışan O.Qurbanov 1994-cü ildə Xocalı faciəsinə həsr olunmuş “Haray” bədii filmini çəkib. 2002-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Ailəlidir, dörd uşaq atasıdır.

O.Qurbanov 2005-ci ildə Akademik Milli Dram Teatrında Mir Cəlalın “Dirilən adam” romanı əsasında müəllifi olduğu eyniadlı dram əsərini tamaşaya qoyub. 2006-cı ildə bu səhnə əsəri ilin ən uğurlu tamaşası, O.Qurbanov isə ilin ən yaxşı rejissoru nominasiyası üzrə “Qızıl Dərviş” mükafatına layiq görülub. O.Qurbanov dəfələrlə Azərbaycan Prezidentinin mükafatçısı olub.

2018-2021-ci illərdə Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsində çalışan O.Qurbanov ömrünün son günlərinə kimi bu sənət ocağında quruluşçu rejissor kimi əmək fəaliyyətini davam etdirib.

O.Qurbanov teatrla yanaşı ədəbiyyat, dramaturgiya, sənətşünaslıq sahəsində də fəaliyyət göstərib. O, on iki cildlik roman, povest, onlarla tarixi və müasir mövzuda dram əsərlərinin müəllifidir.

Sizinxeber.Az

Mərhum sənətkarın oğlundan təsirli sözlər -Hər gün şəklinə baxıb ağlayiram

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!