ilbet
Mənsimovdan İlham Əliyevə yubiley təbriki

Mənsimovdan İlham Əliyevə yubiley təbriki

Abunə Ol
Dekabr 24, 2021 09:20
Mənsimovdan İlham Əliyevə yubiley təbriki
0

BƏYƏNDİM

ABUNƏ OL

Türkiyədə yaşayan iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsumov Prezident İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edib.

Axar.az xəbər verir ki, M.Mənsimov təbrikini İnstaqram səhifəsindən paylaşıb.

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Zati-Aliləri cənab İlham Əliyev!

Palmali” Şirkətlər Qrupu kollektivimizin hər bir üzvü adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan dövlətinin tərəqqisi və gələcək uğurları naminə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə gördüyünüz bütün işlərdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Müzəffər Ali Baş Komandan!

Azərbaycanın tarixinə qızıl hərflərlə Zəfər günlərini yazdınız. Bir azərbaycanlı olaraq bununla fəxr edir və qürurlanıram. Sizin rəhbərliyiniz altında 44 gün davam edən “Dəmir yumruq” əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il müddətində qurduğu mifləri darmadağın etdi. İşğal altında saxlanılan torpaqlarımız mənfur düşməndən azad edildi, Sizin rəhbərliyinizlə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü, xalqımız isə dəmir yumruq olub Sizin yanınızda olduğunu nümayiş etdirdi. Bu şanlı qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Siz 44 günlük Vətən müharibəsinin Zəfər çalmış sərkərdəsisiniz. Biz Sizə hər zaman inanır və güvənirik. Bu inam və güvən sarsılmazdır. Tanrı Sizi, qəhrəman Ordumuzu və Azərbaycanımızı qorusun!” – təbrikdə bildirilib.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.