“Mənə dünən dövlət qurumlarından zəng etmişdilər, bu realiti-şouda olan hər şey yaxından izlənilir”.
Day.Az xəbər verir ki, bu sözləri aparıcı Azər Zahid aparıcısı və layihə rəhbəri olduğu “Təkərdə” realiti şousunda deyib.
O şounun iştirakçılarına müraciət edib və bildirib ki, canlı yayımda etik prinsipləri qorusunlar, bir-birlərini təhqir etməsinlər.
Qeyd edək ki, “Təkərdə” realiti şousu “Tiktok”da yayımlanır və dünən canlı yayımda izlənmə rekordu qırıb.
Sizinxeber.Az