ilbet
0

BƏYƏNDİM

ABUNƏ OL

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Tahir Kərimli bəzi siyasi dairələrə qarşı tənqidi fikirlərini bildirib.

Axar.az xəbər verir ki, deputat ötən həftə çıxışına görə sosial şəbəkələrdə söyüldüyünü deyib.

Bildirib ki, sosial şəbəkələrdəki söyüşlərə məəttəl qalıb:

“Bilmirəm, əvvəldən bu qədər söyüş var idi, yoxsa indi çoxalıb? Bu qədər söyüş olar? Bu həmin xalq deyilmi ki, Prezidentin bir çağırışı ilə 50 min nəfər müharibədə könüllü iştirak üçün yazıldı. Bizim yaltaqlığa nə ehtiyacımız var ki! Övladımız, özümüz üçün nə istəyirik?! Deyirlər, Tahir Kərimli deyib ki, Prezidentin alternativi yoxdur. Bəs yoxdur da! Siz özünüz müxtəlif illərdə uduzdunuz. Minlərlə insanı küçədə əzdirdiniz. Müsavat AXCP-ni, AXCP Müsavatı xəyanətdə ittiham etdi. Siz neçə il oturdunuz parlamentdə, nə etdiniz?

Biz xalqın problemini dilə gətiririk. İstəyirsiniz ki, biz də söyək prezidenti, – bunu görməyəcəksiniz! 22 il işsiz qaldım. Amma heç kimin yanında olmadım. İstəyirsiniz ki, siz (radikal müxalifət – red.) iqtidara yaxın olanda biz də yaxın olaq, siz uzaq olanda da uzaq olaq! Yalan vədlərlə xalqı aldatmayın”.

 

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.