Sizin Reklamınız Burada ola bilər!
featured

Məktəblini döyən icra başçısı müavininin adı qurumun saytından silindi

“Bu barədə çoxsaylı müraciətlərdən sonra R.Arifqızının məlumatları saytdan çıxarılıb”.

Məsələ ilə bağlı Redaktor.az-a Lənkəran İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Asif Əliyev danışıb.

“Rəsmi saytımızda həmin şəxsin məlumatları silinib. Ola bilər ki, “Google”dan axtarış verirsiniz, bu səbəblə köhnə məlumat çıxır. Çoxsaylı müraciətlərdən sonra mən də daxil olub gördüm ki, həmin məlumat görünür, amma bu gün səhər saatlarında həmin yazı silinib”, – deyə A.Əliyev qeyd edib.

16:16

Məktəblini döyən Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı vəzifəsindən çıxarılsa da, saytda adı qalır.

Oxu.Az-ın məlumatına görə, İH rəsmi saytının Aparat strukturundan onun adı çıxarılmayıb.

Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Rasilə Arifqızı 14 iyul 2022-ci il tarixdə saat 09 radələrində qeyd edilən təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əsgərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb, şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.

Eyni zamanda, keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, qızın bədəni üzərində dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

 

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Məktəblini döyən icra başçısı müavininin adı qurumun saytından silindi

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica