Sizin Reklamınız Burada ola bilər!
Mehriban Vəliyeva: “Şagirdin məktəbdən uzaqlaşdırılması üçün heç kəsin təzyiq göstərməyə ixtiyarı yoxdur”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva buraxılış imtahanlarında zəif nəticə göstərmiş IX sinif şagirdlərinin məktəbdən uzaqlaşdırılması istiqamətində bəzi direktorların təzyiq göstərməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
M.Vəliyeva bildirib ki, şagirdin məktəbdən uzaqlaşdırılması üçün heç kəsin təzyiq göstərməyə ixtiyarı yoxdur:
“Şagirdlərin digər siniflərdə təhsil almaq hüququ var. Onlar bu hüquqdan istifadə edərək təhsillərini davam etdirə bilərlər. Şagirdləri məktəbdən kənarlaşdırmaqla bağlı fikirlər varsa, qəti şəkildə bunun qarşını almaq lazımdır. Çünki onların cəmiyyətə daha yararlı şəxsiyyət kimi formalaşmaları üçün əlimizdən gələni etməliyik”.
“Sadəcə olaraq bəzən valideynlər seçimi düzgün etmirlər. Əgər övladları peşə məktəblərində daha yararlı şəxsiyyət kimi yetişəcəklərsə, bu yolu seçməkdənsə, mütləq şəkildə uşaqlarının ali məktəbə qəbul olması fikrində olurlar. Bu da bəzən problem yaradır. Ona görə də həm valideyn, həm də şagird düzgün seçim etməlidir. Bu halda istədikləri yerdə uğurlu ola bilərlər”, – deyə müdir qeyd edib.
İlhamə Əbülfət

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Mehriban Vəliyeva: “Şagirdin məktəbdən uzaqlaşdırılması üçün heç kəsin təzyiq göstərməyə ixtiyarı yoxdur”

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica