Sizin Reklamınız Burada ola bilər!
featured

Mehdiyevi saxlayan yol polisləri işdən çıxarılıb? – Rəsmi

Daxili İşlər Nazirliyi (DİN) Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polislərinin işdən çıxarılması ilə bağlı iddialara münasibət bildirib.

Axar.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Report-a açıqlamasında yol polislərinin daxili işlər orqanlarından xaric olunması iddialarınıb əsassız olduğunu deyib.

“Bu məlumatlar həqiqəti əks etdirmir”, – DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Gelandevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarını təhqir edib.

Bu gün isə həmin yol polislərinin daxili işlər orqanlarından xaric olunması ilə bağlı məlumat yayılıb.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Mehdiyevi saxlayan yol polisləri işdən çıxarılıb? – Rəsmi

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica