Главная > Media > II Qlobal Media Forumunun iştirakçıları Yuxarı Gövhər ağa məscidini ziyarət edib - FOTO
II Qlobal Media Forumunun iştirakçıları Yuxarı Gövhər ağa məscidini ziyarət edib - FOTO21-07-2024, 18:50. Разместил: Rss Bot Apa |
|
II Qlobal Media Forumunun iştirakçıları Yuxarı Gövhər ağa məscidini ziyarət edib. APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlara məscidin tarixi və memarlıq quruluşu barədə ətraflı informasiya verilib. Bildirilib ki, 1992-ci ildə Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra Yuxarı Gövhər ağa məscidinin interyeri və minarəsi tamamilə dağıdılıb. Şəhərin işğaldan azad edilməsi ilə bu tarixi memarlıq abidəsində təmir-bərpa işlərinə başlanılıb. Daha sonra bir sıra qonaqlar məsciddə namaz qılıb, dualar ediblər. Вернуться назад |