Главная > Media > Jurnalist İlham Cəmiloğlu vəfat edib
Jurnalist İlham Cəmiloğlu vəfat edib20-08-2024, 10:50. Разместил: Rss Bot Apa |
|
Jurnalist İlham Cəmiloğlu (Xudiyev) vəfat edib. Sizinxeber.az xəbər verir ki, jurnalist bu gecə dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, ölümə qəfil ürəktutması səbəb olub. İlham Cəmil oğlu Xudiyev 1965-ci il yanvarın 25-də Xankəndi şəhərində müəllim ailəsində anadan olub. Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı orta məktəbdə orta təhsil alıb. 1984-1986-cı illərdə keçmiş Sovet ordusunun rabitə qoşunlarında həqiqi hərbi xidmət keçib. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. İlham Cəmiloğlu uzun illər media sahəsində çalışıb. Qarabağ müharibəsi iştirakçısı, müharibə veteranıdır. 1991-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi jurnalist kimi fəaliyyət göstərib. Doqquz kitab müəllifidir. Son vaxtlar bir neçə media orqanı ilə əməkdaşlıq edirdi. Allah rəhmət eləsin! Вернуться назад |