Xalq artisti Faiq Ağayev “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi” yubiley medalı ilə təltif olunub.
Axşam.az xəbər verir ki, bu barədə Faiq Ağayev özü sosial media hesabında məlumat verib.
“Medalı mənə cənab nazir, Milli Qəhrəman, sayqıdəyər Mədət Quliyev təqdim etdi. Göstərdiyiniz diqqət, verdiyiniz qiymətə görə qəlbən minnətdaram, əziz Mədət müəllim!” – deyə F.Ağayev bildirib.
Sizinxeber.Az