Türkiyənin zəlzələdən zərər görən bölgələrində axtarış-xilasetmə işləri davam etdirilir.
Axşam.az xəbər verir ki, dağıntılar altından sağ şəkildə xilas edilənlərdən biri də 16 yaşlı Kamilcan Ağdaş olub. O, fəlakət baş verəndən 119 saat sonra xilas edilib.
Diqqətçəkən məqamlardan biri Kamilcanın dağıntılar altından çıxarılarkın əynindəki “Fənərbaxça”nın forması olub. Məlum olub ki, o, səhər baş tutmalı olan matça getmək üçün gecə yatarkən formanı geyinib.
Futbol klubunun rəsmi hesabında 16 yaşlı gəncin fotosu paylaşılaraq “Bu gecə, 119-cu saatda gözlərimizdə yaş möcüzələrə bir daha inandıq. Daha gedəcək çox matçımız var, səni gözləyirik, Kamilcan” deyə, yazılıb.