Prezident: "Təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun, buna qəti etiraz etdim" - Sizinxeber.az - Azərbaycan XəbərləriSizinxeber.az – Azərbaycan Xəbərləri

16 Ocak 2021 - 14:26

Prezident: “Təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun, buna qəti etiraz etdim”

Prezident: “Təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun, buna qəti etiraz etdim”
ƏLAVƏ OLUNUB :

01 Dekabr 2020 - 12:29

“Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, Bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan azad olunandan sonra qısa müddət ərzində”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində söyləyib.

“Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir”, – dövlət başçısı bildirib.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.