17
iy
2026
22:47
yuxarı
Naxçıvanın altı ayda büdcəsinin gəlirləri 218 milyon manatdan çox olub
Naxçıvanın altı ayda büdcəsinin gəlirləri 218 milyon manatdan çox olub
2026-cı ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri 218,4 milyon manat, xərcləri isə 215,7 milyon manat təşkil edib.
"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, hesabat dövründə büdcə gəlirləri 224,0 milyon manat proqnoza qarşı 97,5 faiz icra olunub.
Büdcə xərclərinin icrası isə 244,4 milyon manat plana qarşı 88,3 faiz təşkil edib. Yanvar–iyun aylarında büdcədən ümumilikdə 215,7 milyon manat vəsait xərclənib.
