Azərbaycan və Türkmənistan reallaşdırılan genişmiqyaslı layihələri müzakirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
iy
2026
20:00
ff

Azərbaycan və Türkmənistan reallaşdırılan genişmiqyaslı layihələri müzakirə edib

08 iy, 2026
20:00
148

Azərbaycan və Türkmənistan reallaşdırılan genişmiqyaslı layihələri müzakirə edib

Azərbaycan və Türkmənistan arasında reallaşdırılan genişmiqyaslı layihələr müzakirə edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz zamanı Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qəbulunda olduq. Dövlət başçılarımızın siyasi iradəsi sayəsində Azərbaycan-Türkmənistan münasibətlərinin dostluq və qarşılıqlı etimad əsasında intensiv inkişafını vurğuladıq. İqtisadi əməkdaşlığın prioritetləri, qarşılıqlı fəaliyyətin şaxələndirilməsi istiqamətində reallaşdırılan genişmiqyaslı layihələr barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın

×
×