"Bank Respublika" imtiyazlı səhmlər buraxır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
iy
2026
17:00
ff

"Bank Respublika" imtiyazlı səhmlər buraxır

07 iy, 2026
17:00
165

"Bank Respublika" imtiyazlı səhmlər buraxır

İyulun 24-də, saat 10:00-da "Bank Respublika" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Xəqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Bank Respublika"nın inkişaf strategiyası və bununla əlaqədar kapital strukturuna dair müzakirələrin və müvafiq qərarın qəbul edilməsi, "Bakı Sığorta" ASC və "Respublika İnvest" MMC-nin fəaliyyətinə dair müzakirələrin və müvafiq qərarın qəbul edilməsi, imtiyazlı səhmlərin buraxılması yolu ilə nizamnamə kapitalının artırılmasının təsdiq edilməsi, nizamnamə kapitalının artırılması ilə əlaqədar bankın Nizamnaməsinə müvafiq dəyişikliyin təsdiq edilməsi və bankın Mükafatlandırma Siyasətinin təsdiq edilməsi daxildir.

"Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,961 milyon manatdır. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının sədri), 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.

Xatırladaq ki, banka məxsus olan "Respublika İnvest" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 120 min manatdır.

"Bank Respublika"nın 93,32 % paya malik olduğu "Bakı Sığorta" şirkətinin lisenziyası (4 sentyabr 2009-cu ildə verilib) isə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 13 dekabr 2024-cü il tarixli qərarı ilə könüllü müraciət əsasında ləğv olunub.

Bizimlə əlaqə saxlayın

×
×