"MJ Financial Services" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
iy
2026
18:30
ff

"MJ Financial Services" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

06 iy, 2026
18:30
243

"MJ Financial Services" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

İyulun 10-da "Bakı Fond Birjası" QSC-də (BFB) "MJ Financial Services" ASC bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 16 %-dir, faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri "Troni İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində istiqrazları geri satın alması nəzərdə tutulmayıb.

Bizimlə əlaqə saxlayın

×
×