Hesablama Palatası: Çərçivə sazişi mexanizmi təkmilləşdirilməlidir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
apr
2026
18:00
ff aaaaaaa

Hesablama Palatası: Çərçivə sazişi mexanizmi təkmilləşdirilməlidir

29 apr, 2026
18:00
747

Hesablama Palatası: Çərçivə sazişi mexanizmi təkmilləşdirilməlidir

Azərbaycanda dövlət satınalmalarında tətbiq olunan çərçivə sazişi mexanizmi ilə bağlı bir sıra problemlər var.

"Sizinxeber.az" xəbər verir ki, bunu Hesablama Palatası 2025-ci ildəki fəaliyyətinə dair hesabatda bəyan edib.

Məlumata görə, çərçivə sazişi şəffaflığı artıran alətlərdən biri olsa da, icra mərhələsində müəyyən çatışmazlıqlar müşahidə olunur.

Bildirilib ki, xüsusilə nəqliyyat vasitələrinin təmiri üzrə qaliblərdən yekun qiymətin alınması proseduru bəzi hallarda sui-istifadə riskləri yaradır.

Eyni zamanda, çərçivə sazişləri üzrə ehtimal olunan qiymət anlayışının tətbiqi ilə bağlı suallar mövcuddur. Belə ki, iştirak haqqı ehtimal olunan qiymət əsasında müəyyən edilsə də, sonradan bağlanan müqavilələrin məbləği bu göstəricidən dəfələrlə aşağı olur.

Hesabatda həmçinin qeyd olunub ki, çərçivə sazişi əsasında keçirilən satınalmalarda icra təminatının tələb olunmaması, açıq tenderlərdə isə təklif təminatının mövcud olması bu mexanizmin tətbiqində uyğunsuzluq yaradır.

Hesablama Palatası bu səbəbdən çərçivə sazişi prosedurlarının sadələşdirilməsini, əsas diqqətin çevik tədarükün təmin edilməsinə yönəldilməsini, eləcə də iştirak haqqının fərqli qaydada müəyyən olunmasını təklif edir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul