Hesablama Palatası təchizatçıların vahid reyestrinin yaradılmasını təklif edir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
apr
2026
18:00
ff aaaaaaa

Hesablama Palatası təchizatçıların vahid reyestrinin yaradılmasını təklif edir

29 apr, 2026
18:00
878

Hesablama Palatası təchizatçıların vahid reyestrinin yaradılmasını təklif edir

Azərbaycanda dövlət satınalmaları sahəsində təchizatçıların vahid reyestri yaradılmalıdır.

"Report" xəbər verir ki, bu təkliflə Hesablama Palatası 2025-ci ildəki fəaliyyətinə dair hesabatda çıxış edib.

Mövcud təcrübədə əsasən etibarsız təchizatçıların reyestri formalaşdırılır. Lakin bu yanaşma bazarın tam mənzərəsini əks etdirmir və satınalma proseslərinin effektivliyini məhdudlaşdırır.

Bu səbəbdən Hesablama Palatası yalnız etibarsız deyil, mümkün bütün təchizatçıları əhatə edən vahid reyestrin yaradılmasını təklif edir.

Qeyd olunur ki, belə bir reyestr potensial iştirakçıların daha operativ müəyyənləşdirilməsinə, rəqabət mühitinin genişlənməsinə və satınalma proseslərinin şəffaflığının artırılmasına xidmət edə bilər.

Palata hesab edir ki, vahid təchizatçı bazasının formalaşdırılması dövlət satınalmalarında planlaşdırmanın keyfiyyətini artıracaq və prosedurların daha səmərəli həyata keçirilməsinə imkan verəcək.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul