Azərbaycanda dövlət xəttilə ipoteka krediti götürənlərin sayı 58 mini keçib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
apr
2026
16:00
ff aaaaaaa

Azərbaycanda dövlət xəttilə ipoteka krediti götürənlərin sayı 58 mini keçib

27 apr, 2026
16:00
799

Azərbaycanda dövlət xəttilə ipoteka krediti götürənlərin sayı 58 mini keçib

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 58 048 borcalana 3 milyard 879,996 milyon manat kredit verib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 9 308 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul