Çoxmənzilli binalarda fərdi istilik sistemlərinə icazə halları müəyyənləşib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
apr
2026
16:00
0
0
1 147
ff aaaaaaa

Çoxmənzilli binalarda fərdi istilik sistemlərinə icazə halları müəyyənləşib

24 apr, 2026
16:00
1 147

Çoxmənzilli binalarda fərdi istilik sistemlərinə icazə halları müəyyənləşib

Nazirlər Kabineti "Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar"ı təsdiq edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Qərara əsasən, çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına bu hallarda icazə veriləcək: çoxmənzilli yaşayış binası azmərtəbəli (5 mərtəbəyə qədər) olduqda, çoxmənzilli yaşayış binasının yerləşəcəyi əraziyə qaz təchizatı nəzərdə tutulmadıqda, çoxmənzilli yaşayış binası üzrə mənzillərdə istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulduqda.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul