ARDNF investisiya portfelində "AAA" reytinqli alətlərin xüsusi çəkisini kəskin azaldıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
apr
2026
16:00
ff aaaaaaa

ARDNF investisiya portfelində "AAA" reytinqli alətlərin xüsusi çəkisini kəskin azaldıb

23 apr, 2026
16:00
933

ARDNF investisiya portfelində "AAA" reytinqli alətlərin xüsusi çəkisini kəskin azaldıb

Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 23,1 %-i "AAA" reytinqli olub.

Bu barədə "Report" Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il aprelin 1-nə nisbətən 23,4 faiz bəndi azdır.

Əvəzində portfeldə "AA" reytinqli alətlərin xüsusi çəkisi 23,4 %-dən 37,9 %-ə, "A" reytinqli alətlərin xüsusi çəkisi 17,3 %-dən 25,9 %-ə çatıb, "BBB" reytinqli alətlərin xüsusi çəkisi 12,4 %-dən 12,2 %-ə düşüb, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisi isə 0,4 %-dən 0,8 %-ə yüksəlib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul