MDM "ASAN Pay"də emitentlər üçün yeni funksiyanı aktivləşdirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
apr
2026
14:00
ff aaaaaaa

MDM "ASAN Pay"də emitentlər üçün yeni funksiyanı aktivləşdirib

23 apr, 2026
14:00
825

MDM "ASAN Pay"də emitentlər üçün yeni funksiyanı aktivləşdirib

Milli Depozit Mərkəzi (MDM) "ASAN Pay" elektron ödəniş platformasında emitentlər üçün nəzərdə tutulmuş yeni funksiyanı aktivləşdirib.

"Sizinxeber.az" bu barədə MDM-ə istinadən xəbər verir.

Məlumata görə, bundan sonra emitentlər öz VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) məlumatları vasitəsilə platformaya onlayn daxil olaraq ödəniş əməliyyatlarını rahatlıqla həyata keçirə bilərlər.

Artıq emitentlər sayta daxil olub "Elektron xidmətlər" bölməsinə keçid edərək təqdim olunan bütün xidmətlər üzrə ödənişləri sürətli, təhlükəsiz və rahat şəkildə icra edə biləcəklər.

Yenilənmiş sistem istifadəçilərə vaxt itkisini minimuma endirməyə, ödəniş proseslərini daha şəffaf və əlçatan etməyə imkan yaradır.

Rqəmsal infrastrukturun inkişafı istiqamətində əməkdaşlıq çərçivəsində bu yeniliyin tətbiqi xüsusilə mühüm əhəmiyyət daşıyır. Emitentlər artıq "ASAN Pay" üzərindən dövlət qeydiyyatı, depozitar xidmətləri və digər elektron xidmətlər üzrə ödənişlərini fasiləsiz yerinə yetirə bilərlər.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul