Azərbaycanda lombardlara nəzarət gücləndiriləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
apr
2026
16:30
ff aaaaaaa

Azərbaycanda lombardlara nəzarət gücləndiriləcək

22 apr, 2026
16:30
942

Azərbaycanda lombardlara nəzarət gücləndiriləcək

Azərbaycan Mərkəzi Bankı (AMB) lombardların fəaliyyətinə nəzarəti gücləndirəcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədr müavini Toğrul Əliyev "Maliyyə icarəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, hazırda lombardlar məhdud səviyyədə lizinq - maliyyə icarəsi xidmətləri göstərir: "Biz periodik hesabatlılıq vasitəsilə bu istiqamətdə nəzarəti həyata keçiririk. Amma "Maliyyə icarəsi haqqında" qanunun qəbulu onlar üzərinə də müəyyən əlavə tələblər qoyacaq. Bu məsələdə əsas məqsədlərimizdən biri nəzarət yox, daha çox liberallaşmış yanaşma əsasında ölkə iqtisadiyyatına, sahibkarlıq, xüsusən də kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərməkdir. Bunun davamı olaraq strategiyamız qəbul olunacaq və öz tənzimləyici sənədlərimizdə bu istiqamətdə addımlar atmağı planlaşdırırıq".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul