AMB elektron pul təşkilatını və vəzifəli şəxsini 60 min manat cərimələyib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
apr
2026
14:00
ff aaaaaaa

AMB elektron pul təşkilatını və vəzifəli şəxsini 60 min manat cərimələyib

22 apr, 2026
14:00
935

AMB elektron pul təşkilatını və vəzifəli şəxsini 60 min manat cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) "A-Solutions Elektron Pul Təşkilatı" MMC-ni və onun vəzifəli şəxsini ümumilikdə 60 min manat cərimə edib.

"Sizinxeber.az" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun 01.09.2025 – 17.10.2025-ci il tarixlərində şirkətdə həyata keçirdiyi yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkarlanıb. Odur ki, təşkilat İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.4-cü maddələrinə əsasən hüquqi şəxs olaraq 50 000 manat, onun vəzifəli şəxsi isə 10 000 manat cərimə olunub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul