Azərbaycanda vergi daxilolmaları 7 %-dən çox artıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
apr
2026
12:00
ff aaaaaaa

Azərbaycanda vergi daxilolmaları 7 %-dən çox artıb

22 apr, 2026
12:00
852

Azərbaycanda vergi daxilolmaları 7 %-dən çox artıb

Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 702 milyon manat vəsait daxil olub.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 %, proqnozdan isə 11,2 % çoxdur.

I rübdə vergi daxilolmaları dövlət büdcəsi gəlirlərinin 49 %-ni təşkil edib.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul