Deputat: "Satınalmalarda keyfiyyətlə əlaqəli tələblər artırılmalıdır"
Azərbaycanda dövlət satınalmaları zamanı keyfiyyətlə əlaqəli tələblərin artırılmasına önəm verilməlidir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Pərvanə Vəliyeva Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.
"Palatanın hesabatında qeyd olunur ki, 32 auditdə dövlət satınalmaları üzrə müvafiq hüquqi aktların tələbləri pozulub. Hər VÖEN-i olan satınalma prosesində iştirak edə bilməməli, hər daha aşağı qiymət təklifi edən qalib olmamalıdır. Xüsusilə, istehsal və tikinti layihələrində iş yerinin risk qiymətləndirilməsi hesabatı tələb oluna bilər", - deyə o qeyd edib.
Deputat təlif edib ki, iş yerində qəzalar olan müəssisələr dövlət satınalmasında iştirak edə bilməsin: "İş yerində qəzaların işəgötürənlərə və dövlət büdcəsinə maliyyə yükü barədə ötən çıxışlarda bildirmişdim. Bu, həm də mənəvi yükdür. Bu məsələlər zəncirvari şəkildə bir-biri ilə bağlıdır. Riskli müəssisə iş qəzaları ilə üzləşərsə, tender öhdəlikləri üçün risk yaranar. Əksinə, riskləri aşağı olan, işçilərin dəyəcək zərəri minimuma endirən müəssisələrin satınalma prosesində qabiliyyətinin artırılması məqsədəuyğun olardı. Bu mexanizm müəssisələri iş yerlərinin keyfiyyətini artırmağa, eləcə də təhlükəsiz və sağlam iş mühiti yaratmağa stimullaşdıracaq".
"Digər təklifim qeyri-hökumət təşkilatlarının (QHT) seçimi ilə bağlıdır. Bəzi hallarda, QHT-lərin seçimi ilə bağlı da dövlət satınalması portalı üzrə müsabiqələrin keçirilməsi halları baş verir. "Qrant haqqında" qanuna əsasən, QHT-lərin seçimi yalnız müsabiqə əsasında mümkündür və qrant müqavilələri müvafiq olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınır. Yaxşı olardı ki, ölkə üzrə QHT-lər üçün müsabiqədə vahid yanaşma tətbiq olunsun".
Oxşar xəbərlər
Vüqar Gülməmmədov: "Yeni satınalma qanunu üzrə 3 əsas təklif hazırlanıb"
Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq
Hesablama Palatası büdcə qanunvericiliyi və satınalmalar üzrə çatışmazlıqların qalacağını gözləyir
Deputat: “Hesablama Palatası səmərəlilik auditi üzrə hədəfə çata bilməyib”
Vüqar Gülməmmədov: "Büdcə gəlirləri və xərcləri üzrə ciddi uyğunsuzluqlar aşkarlanıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
