Əli Məsimli: "Azərbaycanda daxili auditləri tam mənada işə salmaq lazımdır"
Azərbaycanda daxili auditləri tam mənada işə salmaqla xeyli dərəcədə dövlət vəsaitinin yeyintisinin qarşısını almaq olar.
"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli bildirib.
Onun sözlərinə görə, bununla bağlı nəticə əldə etmək üçün qabaqlayıcı tədbirlər çox mühüm əhəmiyyət kəsb edir: "Qabaqlayıcı tədbirlər həyata keçirməklə biz çox milyonlu pozuntuların qarşısını almaqla yanaşı, eyni zamanda çox milyonlu yeyintilərin də aradan qaldırılması istiqamətində mühüm deməli nəticələrə nail ola bilərik. Bir şərtlə ki, daxili audit sahəsindəki çatışmazlıqları aradan qaldırıb, sözün həqiqi mənasında daxili auditi işə salaq".
Deputat qeyd edib ki, Hesablama Palatası 1,5 milyard manatdan çox vəsaitin nöqsan və təhriflər kontekstində aradan qaldırılması üzrə çox vacib nəticəyə nail olub: "Hesablama Palatasının saxlanılmasına çəkilən xərclərlə, onun büdcəyə bərpa etdiyi vasaiti müqayisə eləyəndə görürük ki, arada 10 dəfədən çox fərq var. Hesablama Palatasının bundan da artıq işlər görə bilməsi üçün onun səlahiyyətlərinin artırılması və həmin səlahiyyətlərə uyğun surətdə onun işçi sayının da optimallaşdırılması çox vacibdir".
Oxşar xəbərlər
Deputat: “Hesablama Palatası səmərəlilik auditi üzrə hədəfə çata bilməyib”
Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"
Hesablama Palatası I yarımildə 65 milyon manatlıq maliyyə pozuntusu aşkarlayıb
Hesablama Palatası: Ötən il 101,5 milyon manat vəsait büdcəyə bərpa edilib
Vüqar Gülməmmədov: "Bu il dövlət qurumları geniş auditdən keçiriləcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
