Vüqar Gülməmmədov: "Səmərəlilik auditlərinin təkmilləşdirilməsinə ehtiyac var"
Azərbaycanda səmərəlilik auditlərini təkmilləşdirməyə ehtiyac var.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, səmərəlilik auditlərinin ümumi audit portfelində payı hədəfə çatdırılmayıb: "Bu hədəf üzrə 93 % nailiyyət olsa da, təkmilləşməyə ehtiyac var. Auditun resurs tutumlu olması və performans büdcənin ölkədə tam reallaşmaması buna təsir göstərir".
Sədr qeyd edib ki, Azərbaycanda dövlət orqanlarının bəzi informasiya sistemlərinin ilk dəfə auditi aparılacaq.
"2021-2025-ci il üzrə strateji dövrdə ayrıca informasiya sistemlərinin auditinin aparılmasına nail olunub. Bu sahədə kadr potensialının məhdud olması, hədəfə 87 % olmaqla nəticələnib. Hazırda müvafiq dövlət orqanı ilə müzakirələr aparırıq və bəzi informasiya sistemlərinin ilk dəfə olaraq birgə və ayrıca auditini nəzərdə tuturuq. Bundan başqa, digər qurumların informasiya sistemlərinə inteqrasiyanın təmin edilməsinə nail olunmayıb. Müxtəlif təşəbbüslər irəli sürülüb, lakin 2025-ci ilin sonuna kimi tam nəticə əldə edilməyib. Lakin artıq 5-dən çox dövlət qurumunun məlumatlarının Hesablama Palatasının sisteminə ötürülməsi ilə bağlı razılıq əldə olunub", - o vurğulayıb.
Oxşar xəbərlər
Deputat: “Hesablama Palatası səmərəlilik auditi üzrə hədəfə çata bilməyib”
Hesablama Palatasının sədri: "Performans auditlərinin sayının artırılması vacibdir"
Vüqar Gülməmmədov: "Dövlət auditinin əhatə dairəsi genişləndiriləcək"
Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"
Hesablama Palatası: Strateji planın icra səviyyəsi 89 %-ə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
