18
apr
2026
14:00
yuxarı
Azərbaycanda I rübdə ictimai iaşə dövriyyəsi 5 %-dən çox artıb
Azərbaycanda I rübdə ictimai iaşə dövriyyəsi 5 %-dən çox artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 630 milyon manat olub.
Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 5,2 % çoxdur.
Üç ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 %-i hüquqi şəxslərin, 50,1 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
O cümlədən, hüquqi şəxslər üzrə dövriyyənin dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 3,5 % artaraq 312,2 milyon manat olub.
