Azərbaycanda istehlak bazarı I rübdə 5 %-ə yaxın böyüyüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
apr
2026
12:00
0
0
1 070
ff aaaaaaa

Azərbaycanda istehlak bazarı I rübdə 5 %-ə yaxın böyüyüb

18 apr, 2026
12:00
1 070

Azərbaycanda istehlak bazarı I rübdə 5 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 20,4 milyard manat olub.

"Sizinxeber.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur.

Hesabat dövründə ümumi dəyərin 78,1 %-ni pərakəndə ticarət dövriyyəsi, 18,8 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin birinci rübünə nisbətən 4,3 % artaraq 19,5 milyard manat olub, onun 43,8 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Yanvar-mart aylarında bir istehlakçı orta hesabla ayda 662,1 manat və yaxud illik müqayisədə nominal ifadədə 59,8 manat çox vəsait xərcləyib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul