Azərbaycan tələbələri üçün Latviyada təqaüdlərin artırılması təklif olunub
Latviya hökumətinin hər il təqdim etdiyi təqaüdlərə maraq yüksəkdir və yerlər tam dolur.
"Sizinxeber.az"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli Azərbaycan-Latviya Hökumətlərarası Komissiyanın 9-cu iclasında deyib.
Onun sözlərinə görə, təqaüdlərin sayının artırılması və onların bir hissəsinin kənd təsərrüfatı kimi sahələrə yönəldilməsi məqsədəuyğun ola bilər: "Bunu Azərbaycan tələbələri müsbət qarşılayacaq. Son illərdə Azərbaycan və Latviya arasında tələbə mübadiləsi əhəmiyyətli dərəcədə artıb. Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqelərinin güclənməsi onların Latviyada daha geniş tanıdılmasını zəruri edir. Bu, Latviyadan daha çox tələbənin Azərbaycana gəlməsinə və yeni akademik əlaqələrin qurulmasına şərait yarada bilər".
Oxşar xəbərlər
Armands Krauzen: "Azərbaycanda meşə örtüyü 23 %-ə çatdırıla bilər"
Azərbaycan-Latviya Biznes Şurası yaradıla bilər
Məcnun Məmmədov: "Latviya ilə aqrar sahədə prioritet istiqamətlər üzrə razılıq əldə olunub" - EKSKLÜZİV
Azərbaycan-Latviya Komissiyasının iclasının yekun protokolu təsdiqlənib
Azərbaycanlı tələbələr Latviyada təqaüdlə təhsil alacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
