AMB ödəniş təşkilatları arasında interçeync tariflərinin dəyişməsini şərh edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
apr
2026
16:00
0
0
1 021
ff aaaaaaa

AMB ödəniş təşkilatları arasında interçeync tariflərinin dəyişməsini şərh edib

15 apr, 2026
16:00
1 021

AMB ödəniş təşkilatları arasında interçeync tariflərinin dəyişməsini şərh edib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 mart 2026‑cı il tarixli 12/1 nömrəli Qərarı ilə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi təsdiq edilib, eyni zamanda, Ani Ödənişlər Sistemi (AÖS) üzrə ödənişlərdə tətbiq olunan interçeync tarifləri ödəniş kartları üzrə müəyyən edilmiş interçeyncin yuxarı hədləri ilə eyniləşdirilib.

Dəyişikliklərə əsasən, hazırda qüvvədə olan tariflərlə müqayisədə ödəniş kartları üzrə interçeyncin yuxarı hədləri müvafiq təsərrüfat subyektlərinin fəaliyyət sahələri üzrə 0.25% bəndi aşağı salınıb. Əsas hədəf ekvayerlərin xərclərini azaltmaqla nağdsız ödənişlərin qəbulu üzrə təsərrüfat subyektlərinə tətbiq olunan xidmət haqqının aşağı salınmasına şərait yaratmaqdır.

AÖS üzərindən emal olunan QR kod əsaslı ödənişlər vasitəsilə təsərrüfat subyektlərinin nağdsız ödənişlərin qəbulu ilə bağlı olan xərclərinin azaldılması, ödəniş xidmətlərinə əlçatanlığın artırılması və hesab əsaslı ödənişlərin tətbiq dairəsinin genişləndirilməsi hədəflənir. QR kod ödənişlərindən istifadənin artırılması alternativ ödəniş həllərinin formalaşmasına, nəticə etibarilə ödəniş bazarında rəqabətliliyinin yüksəlməsinə zəmin yaradacaq.

Ümumilikdə Mərkəzi Bank tərəfindən interçeync tariflərinin tənzimlənməsi zamanı həm təsərrüfat subyektlərinin, həm də emitent və ekvayerlərin maraqları gözlənilir və nağdsız ödənişlərin qəbulu üzrə xərclər optimallaşdırılmaqla balanslı siyasət tətbiq edilir.

Qeyd edək ki, AÖS-ün xidmət haqqı tarifləri üzrə dəyişikliklər 2026-cı il mayın 1-dən, ödəniş kartları üzrə təsdiq edilmiş interçeyncin yuxarı hədləri isə 2026-cı il iyunun 1-dən qüvvəyə minir.

2026-cı il mayın 1-dən tətbiq ediləcək AÖS xidmət haqqı tariflərini bu linkdən nəzərdən keçirə bilərsiniz:

https://uploads.cbar.az/assets/a3b39b3d77cd0dc2253dbc7ae.pdf

"Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi"nə dair qərarla bu linkdən tanış ola bilərsiniz:

https://uploads.cbar.az/assets/90fe3b6961dc76e51b45b9176.pdf

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul