AMB taksi sürücülərinə icbari avtosığortada xüsusi əmsalın tətbiqini şərh edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
apr
2026
16:30
0
0
1 269
ff aaaaaaa

AMB taksi sürücülərinə icbari avtosığortada xüsusi əmsalın tətbiqini şərh edib

14 apr, 2026
16:30
1 269

AMB taksi sürücülərinə icbari avtosığortada xüsusi əmsalın tətbiqini şərh edib

Taksi kimi istifadə olunan minik avtomobillərinin qət etdiyi məsafənin daha çox olması həmin avtomobillərin icbari sığortasında xüsusi əmsalların tətbiq edilməsini şərtləndirir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib.

"Mövcud qaydaya görə bir şəxs qəza edibsə, onun zərərlilik əmsalı artır. Amma bu konteksti kənara qoysaq, ümumilikdə taksi kimi sürülən avtomobilin qət etdiyi məsafə ilə digər avtomobilin qət etdiyi məsafə fərqlidir. Taksi gündə 150-200 km, adi maşın isə 20-30 km gedir. Avtomatik olaraq qəza ehtimalı daha yüksəkdir. Əlavə əmsalın tətbiqi də burdan qaynaqlanır. Zərərliliyi kompensasiya etmək lazımdır, hazırda müəyyən qədər kompensasiya edilir. Ən azı müəyyən differensiallaşdırmaya getmək lazım idi", - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul