"Azərbaycan Beynəlxalq Bankı" maliyyə vəziyyətini açıqlayıb
"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) bu ilin I rübünü 110,57 milyon manat xalis mənfəətlə başa vurub.
"Sizinxeber.az" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 68,4 % çoxdur.
Yanvar-mart aylarında ABB-nin gəlirləri 430,131 milyon manat (1 il əvvələ nisbətən 28,4 % çox), xərcləri 265,883 milyon manat (24,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 31,362 milyon manat (22,7 % az), mənfəət vergisi ödəmələri isə 22,315 milyon manat (47,4 % çox) təşkil edib.
Bu il aprelin 1-nə ABB-nin aktivləri 14 milyard 310,692 milyon manat olub ki, bu da illik müqayisədə 0,1 % azdır. Bunun 6 milyard 552,972 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 10 % böyüyüb.
Hesabat dövründə ABB-nin öhdəlikləri 1,5 % azalaraq 12 milyard 20,34 milyon manata, o cümlədən depozit portfeli 11 % azalaraq 9 milyard 9,721 milyon manata düşüb, balans kapitalı isə 7,9 % artaraq 2 milyard 290,352 milyon manat olub.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.
Oxşar xəbərlər
“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 10 %-ə yaxın azalıb
“Premium Bank”ın depozit portfeli 5 % azalıb
“Zıraat Bank Azərbaycan"ın mənfəəti azalıb
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 1 % azalıb
"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 38 %-ə yaxın azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
