Azərbaycanda investisiya şirkətlərinin xalis mənfəəti 32 % azalıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
apr
2026
18:00
0
0
1 157
ff aaaaaaa

Azərbaycanda investisiya şirkətlərinin xalis mənfəəti 32 % azalıb

13 apr, 2026
18:00
1 157

Azərbaycanda investisiya şirkətlərinin xalis mənfəəti 32 % azalıb

2025-ci ildə Azərbaycandakı investisiya şirkətlərinin xalis mənfəəti 2024-cü illə müqayisədə təxminən 32 % və yaxud 2,5 milyon manat azalaraq 5,4 milyon manat olub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, investisiya şirkətlərinin xalis mənfəəti artan haqq və komissiya, əmək haqqı və sosial xərclər, habelə inzibati xərclər fonunda azalıb.

Ötən ilin sonuna investisiya şirkətlərinin aktivləri illik müqayisədə 34 % (61 milyon manat) azalaraq 121 milyon manat, o cümlədən öhdəlikləri 50 % və yaxud 64 milyon manat azalaraq 64 milyon manat təşkil edib. İnvestisiya şirkətlərinin aktiv və öhdəliklərindəki azalmanı şərtləndirən əsas amil yüklü maliyyə aktivlərinin (repo/əks-repo əməliyyatları) həcminin azalması olub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul