Hesablama Palatası: Pozuntuların yarıdan çoxu büdcə qanunvericiliyi ilə bağlıdır
Azərbaycanda auditlər zamanı aşkarlanmış pozuntuların əsas hissəsi büdcə qanunvericiliyi ilə bağlı olub və bu sahənin payı 51,6 % təşkil edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"da bildirilir.
Sənədə əsasən, nöqsanların 24,1 %-i dövlət satınalmaları, 9,5 %-i əsaslı vəsait qoyuluşu ilə əlaqədar olub.
Eyni zamanda, pozuntuların 6,8 %-i vergi və gömrük qanunvericiliyi, 6,6%-i dövlət əmlakının istifadəsi ilə bağlı qeydə alınıb.
Hesabata görə, sosial müdafiə və sosial təminat sahəsində pozuntuların payı 1,1 %, bank-kredit və valyuta əməliyyatları üzrə isə 0,4 % olub.
Gəlir və xərclərin proqnozlaşdırılması sahəsində nöqsanların əsas səbəbi düzgün planlaşdırmanın aparılmaması olub. Bu isə il sonuna vəsaitlərin xəzinə hesabına geri qaytarılmaması ilə nəticələnib. Qeyd olunan hallar audit portfelinin təxminən 20 %-də müşahidə edilib.
Vəsaitlərin idarəedilməsi və icrası ilə bağlı pozuntular isə daha geniş yayılıb. Belə ki, bu sahədə nöqsanların əsas hissəsi vahid büdcə təsnifatına əməl olunmaması, kassa icrasının təhrif edilməsi, dövlət sifarişləri və büdcədən ödənilən məqsədli vəsaitlərin düzgün istifadə olunmaması ilə əlaqədar olub. Bu tip pozuntular audit portfelinin təxminən 50 %-də qeydə alınıb.
Hesabatda qeyd olunub ki, əməyin ödənişi ilə bağlı nöqsanların əsas hissəsi məzuniyyət, mükafat və maddi yardım ödənişləri üzrə qeydə alınıb. Bu tip pozuntular audit portfelinin təxminən 54 %-də müşahidə edilib.
Xərc normativləri və prosedurlarla bağlı nöqsanlar isə əsasən ezamiyyə xərcləri üzrə müəyyən olunub. Belə ki, ezamiyyə normalarına riayət edilməməsi halları geniş yayılıb və bu pozuntular da audit portfelinin təxminən 54 %-də qeydə alınıb.
Oxşar xəbərlər
Hesablama Palatasının aşkar etdiyi maliyyə pozuntularının tərkibi açıqlanıb
Hesablama Palatası büdcə qanunvericiliyi və satınalmalar üzrə çatışmazlıqların qalacağını gözləyir
Hesablama Palatası: DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var
Hesablama Palatası: Strateji planın icra səviyyəsi 89 %-ə çatıb
Hesablama Palatası I yarımildə 65 milyon manatlıq maliyyə pozuntusu aşkarlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
