Hesablama Palatasının sədri: "Performans auditlərinin sayının artırılması vacibdir" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
apr
2026
13:30
0
0
1 009
ff aaaaaaa

Hesablama Palatasının sədri: "Performans auditlərinin sayının artırılması vacibdir"

13 apr, 2026
13:30
1 009

Hesablama Palatasının sədri: "Performans auditlərinin sayının artırılması vacibdir"

Performans auditlərinin sayının artırılması və əhatə dairəsinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında rəhbərlik etdiyi qurumun ötən ilki fəaliyyəti ilə bağlı müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, Palatada elektron audit informasiya sisteminin tətbiqinə başlanılıb: "Sistem çox genişdir, onun vasitəsilə növbəti illərdə Milli Məclisə daha dərin təhlillər təqdim ediləcək və hesabatın formasında dəyişiklik edilməsi nəzərdə tutulur. Digər məsələ performans auditlərinin sayının və əhatəsinin genişləndirilməsidir. Hesab edirik ki, bu sahədə performans auditlərinin sayının artırılması mütləq vacibdir".

V.Gülməmmədov qeyd edib ki, maliyyə nəzarəti özü təkcə kənar dövlət maliyyə nəzarəti deyil: "Ölkənin parlament nəzarəti ilə icra orqanlarının nəzarəti, daxili nəzarət orqanları kompleks bir-birini tamamlayan şəkildə fəaliyyət göstərməlidir. Bu məqsədlə hüquqi bazada yenilənmə aparılmalıdır. Söhbət həm də ümumiyyətlə dövlət maliyyə nəzarətindən gedir".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul