Ötən il Gürcüstandan xarici ölkələrə 420 milyon dollar vəsait köçürülüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
apr
2026
13:00
0
0
1 145
ff aaaaaaa

Ötən il Gürcüstandan xarici ölkələrə 420 milyon dollar vəsait köçürülüb

13 apr, 2026
13:00
1 145

Ötən il Gürcüstandan xarici ölkələrə 420 milyon dollar vəsait köçürülüb

2025-ci ildə Gürcüstandan xarici ölkələrə pulköçürmələrin həcmi artaraq 420,45 milyon dollara çatıb.

Bu barədə "Sizinxeber.az"un Gürcüstan bürosu ölkənin Milli Bankına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 11,2 faiz çoxdur.

Statistikaya əsasən, ən çox vəsait Türkiyə, Azərbaycan və Rusiya istiqamətinə göndərilib. Belə ki, Türkiyəyə 78,9 milyon dollar, Azərbaycana 66 milyon dollar, Rusiyaya isə 48 milyon dollar köçürülüb.

"2026-cı ilin ilkin göstəriciləri də artım dinamikasının davam etdiyini göstərir. Bu ilin fevral ayında Gürcüstandan 32,9 milyon dollar vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4 milyon dollar çoxdur. Həmin dövrdə də ən böyük köçürmələr yenə Azərbaycan, Türkiyə və Rusiya istiqamətində qeydə alınıb", - məlumatda qeyd olunub.

Eyni zamanda, Gürcüstana daxil olan pulköçürmələrdə də artım müşahidə olunub. 2025-ci ildə ölkəyə ümumilikdə 3,649 milyard dollar vəsait daxil olub. Bu ilin fevral ayında isə bu göstərici 295 milyon dollar təşkil edib.

Mütəxəssislər bildirirlər ki, pulköçürmələrin artması region ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi və xaricdə çalışan vətəndaşların aktivliyi ilə bağlıdır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul