BFB: Telekommunikasiya sektorunun bəzi iştirakçıları IPO-ya hazırdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
apr
2026
11:00
0
0
1 055
ff aaaaaaa

BFB: Telekommunikasiya sektorunun bəzi iştirakçıları IPO-ya hazırdır

13 apr, 2026
11:00
1 055

BFB: Telekommunikasiya sektorunun bəzi iştirakçıları IPO-ya hazırdır

Azərbaycanda telekommunikasiya sektorunun bəzi iştirakçıları səhmlərinin İlkin Kütləvi Təklifinə (IPO) hazırdır.

"Report" xəbər verir ki, bunu "PAŞA Bank" ASC-nin səhmlərinə abunə yazılışının başlanmasına həsr olunmuş mətbuat konfransında "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.

"Hesab edirik ki, bəzi telekommunikasiya sektorunun bəzi iştirakçıları, eləcə də tikinti sektorunda fəaliyyət göstərən bəzi şirkətlər yaxın illərdə IPO-ya çıxmağa potensial namizədlər ola bilər. "PAŞA Bank"ın səhm emissiyası onlar üçün həvəsləndirici bir addım olmalıdır ki, bu praktikadan geniş istifadə etsinlər. BFB olaraq biz təkcə banklar və maliyyə sektorunun digər iştirakçıları ilə deyil, ümumiyyətlə bütün potensial emitentlərlə sıx ünsiyyətdə oluruq və onlara izah edirik ki, IPO çox faydalıdır. ​Yəni kütləvi kapitalın cəlb olunması tamam başqa bir səviyyədə kapital cəlbi praktikasıdır. Bu, özəl bazardan və yaxud kreditdən fərqli, çox fərqli bir praktikadır", - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul