Azərbaycanda listinqdə olan şirkətlərin bazar kapitalizasiyası 4 %-ə yaxın azalıb
2025-ci ildə Azərbaycanda listinqdə olan şirkətlərin bazar kapitalizasiyası 2,67 milyard manat təşkil edib.
"Report" bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.
Məlumata görə, bu da, 2024-cü illə müqayisədə 3,6 % azdır.
BFB qeyd edib ki, sektor bölgüsündə maliyyə sektoru üstün mövqedə qalaraq ümumi kapitalizasiyanın 99%-ni təşkil edib, real sektorun payı isə cəmi 1% olub, və bu bazarda diverfikasiyaya olan ehtiyacı göstərməkdədir. Bazar kapitalizasiyası əsasən iri şirkətlərdə cəmlənib: kapitalizasiyası 100 milyon manatdan yuxarı olan 7 şirkət ümumi bazar dəyərinin 88%-ni, 10-100 milyon manat arası 6 şirkət 11,1 %-ni, 10 milyon manatdan aşağı isə 23 şirkət 0,9 %-ni təşkil edib.
2024-cü ildə həyata keçirilmiş ilk IPO-dan sonra 2025-ci ildə Azərbaycanın səhm bazarında aktivlik əsasən təkrar bazar ticarəti hesabına formalaşıb. Təkrar bazarda ticarət həcmi 12,5 milyon manatdan 15,8 milyon manata yüksəlmişdir ki, bu da investor aktivliyinin sabit qaldığını göstərir.
Oxşar xəbərlər
"Bakı Fond Birjası"nda listinqdə olan şirkətlərin kapitallaşması açıqlanıb
Azərbaycanda tədavüldə olan dövlət istiqrazlarının ümumi məbləği 47 % artıb
Azərbaycanda ötən il neft-qazın bazar qiymətləri büdcə qiymətlərindən az olub
Ötən il Qarabağ Dirçəliş Fonduna 80 milyon manatdan çox vəsait ianə olunub
Azərbaycan sığortaçıları məcmu aktivlərini 15 % artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
