Hesablama Palatası TİKA ilə birgə layihələr həyata keçirə bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
apr
2026
10:30
0
0
1 392
ff aaaaaaa

Hesablama Palatası TİKA ilə birgə layihələr həyata keçirə bilər

10 apr, 2026
10:30
1 392

Hesablama Palatası TİKA ilə birgə layihələr həyata keçirə bilər

Azərbaycan Hesablama Palatası Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirir.

"Report" bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı müzakirələr qurumda TİKA nümayəndə heyəti ilə görüşdə aparılıb.

Görüş zamanı TİKA nümayəndələri qurumun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr, o cümlədən dövlət idarəçiliyinin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi və bilik mübadiləsi istiqamətində təşəbbüslər barədə məlumat veriblər. Qeyd olunub ki, bu istiqamətlər üzrə əməkdaşlıq imkanlarının müzakirəsi və gələcək təşəbbüslərin müəyyənləşdirilməsi əhəmiyyət kəsb edir.

Hesablama Palatasının aparat rəhbəri və struktur bölmə rəhbərləri isə qurumun əsas fəaliyyət istiqamətləri, eləcə də son illərdə dövlət auditinin inkişafı sahəsində görülmüş işlər barədə məlumat veriblər.

Görüşdə dövlət auditinin rəqəmsallaşdırılması, audit fəaliyyətində müasir yanaşmaların tətbiqi, eləcə də əməkdaşların bilik və bacarıqlarının artırılmasının vacibliyi vurğulanıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul