EBRD-nin 5 milyard avroluq dəstək proqramında Azərbaycan da yer alıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
apr
2026
21:00
0
0
1 046
ff aaaaaaa

EBRD-nin 5 milyard avroluq dəstək proqramında Azərbaycan da yer alıb

09 apr, 2026
21:00
1 046

EBRD-nin 5 milyard avroluq dəstək proqramında Azərbaycan da yer alıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2026-cı ildə Yaxın Şərqdəki münaqişədən zərər çəkmiş iqtisadiyyatlara, o cümlədən Azərbaycana dəstək olmaq üçün 5 milyard avro ayırmağı planlaşdırır.

"Sizinxeber.az" EBRD-yə istinadən xəbər verir ki, bank həm birbaşa müharibədən təsirlənən ölkələrə, həm də dolayı yolla iqtisadi nəticələrlə üzləşən dövlətlərə yönəlmiş xüsusi böhrana reaksiya proqramına start verib.

Qeyri-müəyyənliyin davam etməsinə baxmayaraq, münaqişənin nəticələri artıq EBRD-nin fəaliyyət göstərdiyi bir sıra ölkələrdə özünü büruzə verir. Əsas amillər arasında ticarət zəncirlərindəki pozulmalar, enerji və xammal şokları, investisiya fəallığının azalması və əhali üçün xərclərin artması yer alır.

EBRD-dən qeyd edilib ki, təsirin gələcək miqyası yaxın aylarda vəziyyətin necə inkişaf edəcəyindən asılı olacaq.

Proqramın əsas diqqəti münaqişədən birbaşa təsirlənən ölkələrə - İraq, İordaniya, Livan, İordan çayının qərb sahili və Qəzza zolağına yönəldiləcək. Bununla yanaşı, böhranın dolayı yolla təsirinə məruz qalan dövlətlərin siyahısına Misir, Türkiyə, Ermənistan və Azərbaycan daxil edilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul