Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət açıqlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
apr
2026
11:30
0
0
1 372
ff aaaaaaa

Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət açıqlanıb

08 apr, 2026
11:30
1 372

Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin, həmçinin 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicilərinin siyahısını hazırlayıb.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, siyahı hazırlanarkən büdcə təşkilatları nəzərə alınmayıb.

Bu təşəbbüs vergi ödəyiciləri arasında şəffaflığın və könüllü əməletmə mədəniyyətinin təşviqinə xidmət edir, eyni zamanda, iqtisadi fəaliyyətin leqallaşdırılması və sağlam rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

"Dövlət Vergi Xidməti vergi ödəyicilərinin könüllü əməletmə səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirləri davam etdirir və bu kimi təşəbbüslərin biznes mühitində şəffaflığın artırılmasına töhfə verdiyini vurğulayır", - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul